30 Oktyabr

Pulumuzu banka qoyaq, yoxsa səhmlərə? – TƏKLİF

Əhali banklara qoyduğu vəsaitin kimlər tərəfindən, necə idarə olunduğunu bilmir. Təbii ki, bu halda menecmentə dair suallar ortaya çıxır. Üstəlik, maliyyə sektoruna inamın azalması nağd şəkildə passiv saxlanılan dollar kütləsini artırıb. “AzFinans” İnvestisiya Şirkətinin direktoru Abid Mamedovun Fins.az-a verdiyi açıqlaya görə, investisiya fondu ilə bağlı bu tip sualların yaranması mümkün deyil. Çünki istər fiziki, istərsə də hüquqi şəxs olsun, fərq etməz sərmayə yatıran şəxs qoyduğu vəsaitin idarəedilməsini tam şəffaf şəkildə izləyə bilər. Hətta bu barədə onlara gündəlik hesabatlar belə təqdim edilir.

A.Mamedov qeyd edib ki, böhran qiymətli kağızlar bazarına, investisiya şirkətlərinə marağı artırıb. Səbəb isə çox sadədir, bu gün banklarda dollarla qorunan əmanətlər üzrə gəlirlər 3% təşkil edir. Bundan yüksək faizlər isə artıq həmin əmanətin qaytarılacağına əminlik yaratmır. Halbu ki, biz “0” risklə qiymətli kağızlar bazarının qazandıracağı üstünlüklər daha böyükdür.
Mütəxəsis hesab edir ki, hazırda əhalinin broker xidmətlərinə müraciəti yüksək olmasa da, vəsaitlərin idarəetməyə verilməsi ilə bağlı sifarişlər getdikcə artır. Xüsusən də xarici investisiya alətlərinə maraq böyükdür: “Bilirsiniz ki, indi banklarda, eyni zamanda əhalidə böyük məbləğdə dollar vəsaiti var. Eyni zamanda daxili bazarda böhran və maliyyə alətlərinin azlığı müşahidə olunur. Bu isə investorların daha çox xarici bazarlara istiqamətlənməsi ilə nəticələnir".