Antikollektorun dəstəyi ilə zamin dollar krediti üzrə məsuliyyətdən azad edilib. Fins.az xəbər verir ki, məhkəmədə uduzan tərəf Dəmirbank olub.
Belə ki, 12 avqust 2014-cü il tarixdə vətəndaş digər şəxsin 3350 dollar məbləğində kreditinə görə DəmirBankla zaminlik müqaviləsi bağlayıb. Devalvasiyadan sonra 16 mart 2015-ci il tarixdə bankla borc alan arasında kredit müqaviləsinə dair əlavə saziş imzalanaraq kredit şərtləri dəyişdirilmiş və o cümlədən müddət uzadılıb. Zamin buna razılıq verməyib.
Dollar kreditini ödəyə bilmədiyi üçün bank həm borc alanı, həm də zamini məhkəməyə verib. Zamin antikollektora müraciət edib və antikollektorun əməkdaşı məhkəmədə onun maraqlarını müdafiə edib. İşə baxan Sabunçu rayon məhkəməsinin hakimi Anar Qasımovun 21 oktyabr 2016-cı il tarixli Qətnaməsi (onu dərc edirəm) ilə zaminlik müqaviləsinə xitam verilib. Belə ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminin razılığı olmadan kredit öhdəliyi dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir.

Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, hələ ötən il devalvasiyadan sonra bankların çoxunun xarici valyutada olan kredit müqavilələrinin müddətini zaminin razılığı olmadan uzatması halları qeydə alınıb: "Məcəlləmizin sözügedən müddəası Rusiya Mülki Məcəlləsinin 367-ci maddəsinin 1-ci bəndini olduğu kimi təkrarlayır. Rusiya məhkəmələri də hesab edir ki, kreditin müddətinin uzadılması zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olur. Çünki ən azı faiz ödənişlərinin cəmi məbləği artır. Nəhayət, bizim məhkəmə də bu məsələdə qanuni və ədalətli qərar verdi.
Odur ki, kredit müqaviləsinin müddəti və digər şərtləri zaminin razılığınız olmadan dəyişdirilibsə, siz artıq zamin deyilsiniz və məhkəmə prosesi başlayanda bunu məhkəməyə təqdim etdiyiniz etirazda və ya qarşılıqlı iddiada bildirin".