30 Oktyabr

ADİF kompensasiya ödənişlərini azaldıb

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanı çox cüzi artırır.
Fins.az-ın ADİF-ə istinadən verdiyi xəbərə görə, dekabıın 16-dək Fond tərəfindən 10 bank üzrə 718,002 mln. manat kompensasiya ödənilib. Halbuki, 12 dekabr tarixinə bu rəqəm 717,726 mln. manat təşkil edirdi. Belə çıxır ki, 4 gün ərzinə kompensasiya yalnız 724 min manat artıb.
Siyahıda lider olaraq "Bank Standard" qalır. Onun əmanətçilərinə 430 mln. 534 min manat kompensasiya ödənişi baş tutub, 12 dekabr da isə 430,277 mln. manat. Lakin qeyd edək ki, ümumi kompensasiya öhdəliyinin 97%-i əmanətçilərə ödənilib.
İkinci yeri "Texnikabank" ASC tutur. Onun qorunan əmanətçilərinə 120 mln. 50 min manatdan artıq verilib, 12 dekabr üçün isə bu məbləğ 120,116 mln. manat təşkil edirdi. Burada da ümumi kompensasiya öhdəliyinin 98%-i həyata keçirilib.
Bundan əlavə "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 mln. 907 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 mln. 383 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 21 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96%-i), "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 269 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-dən artıq), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 944 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92%-i), "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya ödənilib.