30 Oktyabr

"PAŞA Bank"ın Türkiyə törəməsində yeni təyinatlar olub

"PAŞA Bank"ın Türkiyədəki törəməsinin rəhbərliyində bəzi dəyişikliklər olub. Söhbət "PAŞA Yatırım Bankası"ndan gedir. Fins.az-ın əldə etdiyi məlumata görə, bankın icraçı direktoruna daha bir müavini Hale Yıldırım təyin edilib. Hazırda "PAŞA Yatırım Bankası"nın icraçı direktoru Cenk Eynehan, onun digər müavini isə Ali İhsan Tokkuzundur.

Bununla yanaşı, Kəmalə Nuriyeva bankın Direktorlar Şurasının yeni üzvü seçilib.