Bu gün, yəni dekabr ayının 21-dən etibarən iki bank dollar satışı dayandırıb. Fins.az-ın məlumatına görə, söhbət “Yapı Kredi Bank (Azərbaycan)” və “Rabitəbank”dan gedir. Hər iki bankdan fins.az-a bildirilib ki, satış kassaya yığılan valyuta əsasında formalaşır. Banka dollar satan olmadığı üçün satış da həyata keçirilmir.
Bundan əlavə “Bank Silk Vey” dollar satışı üzrə limiti aşağı salıb. Dünən bankda dollar üzrə limit 200, avro üzrə 100 müəyyən edilmişdirsə, bu gün hər iki valtuta üzrə limit 100 olub.Söhbət nağd satışdan deyil, hesaba köçürülmədən gedir. Bu məbləği də yalnız hava limanında uçuş bileti olan müştərilər ala bilir.