Beynəlxalq Bankda ciddi kadr dəyişiklikləri gedir. “Fins.az”ın bank mənbələrindən əldə etdiyi məlumata gorə, hazırda bankın idarə heyyətinin tərkibində seçim aparılır. Bildiyiniz kimi bu yaxınlarda bankın idarı heyyətinin sədri vəzifəsinə Xalid Əhədov təyin olunub və bu təyinatdan sonra yeni sədr müavinlərinin təyinatı məsələsi gündəmdədir. Yaxın günlərdə yəqin ki, yeni müavinlərin təyinatı ilə bağlı xəbərlər eşidəcəyik.
***
"Azərbaycan Beynəlxalq Bankı” -nin baş direktorlarıdan biri - Hidayət Sultanov işdən çıxıb. Onun əvəzinə təyinat barədə məlumat yoxdur.
***
"Azərbaycan Beynəlxalq Bankı” -nin müştəri xidməti departamentinin direktoru Rasim Əkbərov tutduğu vəzifədən kənarlaşdırılıb. Onu Cahangir Axundov əvəzləyib.