2 kəskin devalvasiyadan hansı bank necə çıxıb? 2014-cü ilin dekabrından 2016-cı ilin sentyabrın sonunadək olan dövrdə hazırda fəaliyyətdə olan 32 bankdan 3-nün aktivləri 13-27% intervalında azalıb, 4 bankın aktivləri demək olar ki, dəyişməz qalıb.
İqtisadçı Rövşən Ağayev fins.az-a bildirib ki, 3 bankın aktivləri çox kəskin artıb: Azər-Türk Bankın aktivləri 175%, PaşaBank-ın aktivləri 118%, Kapital Bankın aktivləri 104% artıb. Sənaye, BTB, Rabitə, Respublika, Silkway və Turan kimi bankların aktivləri 50-78% intervalında genişlənib. Yerdə qalan bankların aktivlərin artımı 6%-dən 50%-dək intervalda dəyişib