30 Oktyabr

Banklar əhalidən dollar ala bilmir

“Dollar “Qara bazar”da 1.90 manata qalxandan sonra, heç dollar ala bilmirik”.

Xəbər verdiymiz kimi, "Qara bazar"a qarşı mübarizə gücləndirilib. İndi qanunsuz valyuta ticarətçiləri əvvəlki kimi rahat fəaliyyət göstərə bilmirlər. Bu səbəbdən də dolların "qara bazar"da qiyməti qalxır. Valyuta alverçiləri 1 dolları 1.92 manatdan alıb, 1.94 manatdan satırlar.

Başqa sözlə "qara bazar"da dollar Mərkəzi Bankın rəsmi məzənnəsindən təxminən 10% baha satılır.

Bank dairələrindən “Marja”ya bildirildi ki, "qara bazar"a qarşı mübarizə gücləndirləndən və Dolar 1.90 manata qalxandan sonra bankların əhalidən dollar alması minimuma düşüb:

“Əvvəldən “Qara bazar” banklara əhalidən dollar almağa imkan vermir. “Qara bazar”da qiymətlər 1.82 -1.85 manat olan vaxtda az da olsa əhali dollarını banklara satırdı. "Qara bazar"a qarşı mübarizə başlayandan sonra Dolların alışını 1.90 manatdan yuxarı qaldırdılar. Bunu eşidən insanlar banklara dollar satmırlar. Banklara Dolları 1.83 manatdan satmaqdansa, 1.90 və 1.92 manata “qara bazar”a satırlar. Əgər əhalidən az da olsa Dollar ala bilsək, az da olsa satışı bərpa edə bilərik”.

Mənbə: Marja