30 Oktyabr

Dollar yenə qalxdı – HƏRRACIN NƏTİCƏLƏRİ

Bu gün Mərkəzi Bank (MB) növbəti valyuta hərracı keçirib. Fins.az-ın əldə etdiyi məlumata əsasən, hərracın sonunda dolların məzənnəsi yenidən bahalaşıb.

Belə ki, hərrac 1 ABŞ dolları üçün 1,7622 AZN/USD məzənnəsi ilə başlayıb və 1,7662 AZN/USD məzənnəsi ilə yekunlaşıb. Beləliklə, sabah dolların məzənnəsinin bahalaşacağı istisna olunmur.