30 Oktyabr

Bank müştərilərini əsassız cərimələyir

Azərbaycanda fəaliyyət göstərən bank hüquqi və fiziki şəxslərin hesablarındakı pul vəsaitlərini blokdan çıxararkən əlavə cərimə tələb edir. Fins.az xəbər verir ki, söhbət “Nikoil Bank”dan gedir.

Məsələyə aydınlıq gətirən iqtisadçı Rəşad Əliyev bildirib ki, tenderdə iştirak edən şəxslərə bank təminatı verir. “Bunun üçün isə bank təminat məbləğlərinə uyğun təminat alanların bank hesablarındakı pul vəsaitlərini bloka salır. Tender başa çatdıqdan sonra təminat məktubunun özünü banka qaytarmaqla həmin pul vəsaitləri blokdan çıxarılır”.

“Nikoil bank” isə bu qaydalara əməl etməyərək hesabı blok olan şəxsdən əlavə sənəd tələb edir. Belə ki, bank tender keçirən tərəfdən həmin şəxsin tenderdə iştirak edib-etməməsi barədə arayış tələb edir. Həmin sənədi gətirmədikdə isə terderə qatılan şəxs 100 manat cərimə olunur. Bu isə bank fəaliyyəti ilə bağlı qanunvericiliyə ziddir.