Son bir ildə ölkənin bank sektorunda menecerlərin yerdəyişməsi halları artıb. Təbii ki, səhmdarlar ən yaxşı menecerlə işləməyə çalışır. Fins.az-ın Azərbaycanda ən yaxşı bankir kimdir, sualı da maraqla qarşılanıb.
Sorğuda iştirak edənlərin fikrincə, ölkəmizdə ən yaxşı bankir Xalid Əhədovdur. Qeyd edək ki, Xalid Əhədov bu yaxınlarda Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri təyin edilib. Səs çoxluğu qazananlardan biri də PAŞA Holding şirkətinin Bank Qrupunun rəhbəri Cəlal Qasımovdur. Bundan başqa, ölkənin ən yaxşı bankirləri sırasında AGBankın İdarə Heyətinin sədr müavini Əfqan Cəlilovun, PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun, Express Bankın İdarə Heyətinin sədri Emin Məmmədovun da adları çəkilir.
İlin sonu olduğu üçün Sizdə xoş ovqat yatarmaq üçün bir qədər də əyləncəli, məzəli cavabları da diqqətinizə çatdırmaq istərdik:
Beləliklə, Azərbaycanda ən yaxşı banker kimdir?
Ən yaxşı bankir – Məleykə Abbaszadə (Test Bankı)
Ən yaxşı bankir – Azərbaycanda bankir yoxdur, kassirlər var
Ən yaxşı bankir – Yaxşıları “srok”dadı
Ən yaxşı bankir – Anamın corabı
Ən yaxşı bankir – Nənəmdir, “kruqa” faizlə pul buraxır