30 Oktyabr

Mərkəzi Bank notların yerləşdirilməsi ilə bağlı hərrac keçirəcək

2016-ci ilin 05 Yanvar tarixində BFB-də Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

Notların buraxılış parametrləri aşağıdakılardır:

Dövlət qeydiyyat №-si

50100152S

Hərraca çıxarılan həcm

5 000 000 AZN

Bir notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

27 gün

Ödəmə tarixi

01 fevral 2017-cü il

ARMB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.