2016-cı ilin dekabrın 1-nə maliyyə institutları istisna olmaqla müştərilər tərəfindən banklara yerləşdirilən depozitlərin həcmi 16 890 mln. manat təşkil edib.
Məlumata görə, oktyabrla müqayisədə noyabrda depozit portfelinin həcmi 48,8 mln. manat və 0,29% artıb. Sentyabrla müqayisədə oktyabrda depozit portfeli 84,3 mln. manat və ya 0,5% azalıb.
Bu ilin dekabrın 1-nə müştərilər tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 583,8 mln. manat təşkil edib. Sentyabr ayı ilə müqayisədə oktyabrda əhalinin banklara yerləşdirdiyi əmanətlər 398,4 mln. manat və ya 5,11% azalıb. Amma oktyabrla müqayisədə noyabrda əhalinin banklara yerləşdirdiyi əmanətlərin məbləği 187,8 mln. manat və ya 2,54% artıb.