30 Oktyabr

Yeni ilin ilk valyuta hərracı başlayıb

Mərkəzi Bankın bu gün keçirəcəyi hərrac olduqca maraqla gözlənilir. Yeni ildə, bir həftəlik fasilədən sonra hərracda Mərkəzi Bankın və Neft Fondunun birgə hansı həcmdə valyuta ilə çıxış edəcəkləri həm də bu il üçün bir “siqnal effekti” yarada bilər. Bu isə ilk növbədə bankların valyutaya olan ehtiyacının hansı səviyyədə ödəniləcəyindən asılıdır.

Qeyd edək ki, Mərkəzi Bank tam üzən məzənnəyə keçidin mərhələli şəkildə olacağını açıqlayıb. Bu isə ilk altı ayda inzibati yollarla olsa belə manatın qorunacağından xəbər verir. Bu il isə Neft Fondu büdcəyə 6 milyard 100 milyon manat transfer etməlidir. Bu isə təxminən 3,5 milyard dollar deməkdir.