“Bank Respublika”nın rəhbərliyində dəyişiklik olub. Bankdan Fins.az-a verilən məlumata görə, yanvarın 3-də bankın Müşahidə Şurasının növbədənkənar iclasının qərarına əsasən Müşahidə Şurasının üzvü Asəf Namazov Bankın İdarə Heyətinə sədr təyin olunub. İdarə Heyətinin əvvəlki sədri Xədicə Həsənova isə Bankda fəaliyyətini Müşahidə Şurasında davam etdirəcək.
