30 Oktyabr

Azərbaycanda bu banklar sığorta sata bilər – SİYAHI

Ötən il iqtisadi durğunluğun daha çox ziyan vurduğu sahələrdən də biri bank sektoru oldu. Faiz gəlirlərindən məhrum olan banklar xidmətlərin çeşidlərini artırmağa cəhd etdilər. Təklif edilən yeni xidmətlər arasında hətta sığorta məhsulları da yer aldı. Bəzi banklar tərəfindən əvvəllər də sığorta məhsulu satışı həyata keçirilsə də bu, məhsul geniş yayılmamışdı. Bankların sığorta satışı ilə bağlı reklam kampaniyalarına başlaması isə bir qədər çaşqınlıq yaratdı. İqtisadi ekspertlər bunun mümkün olduğunu desələr də, sığortaçılar arasında bununla bağlı fikirlər birmənalı deyildi.

Eləcə də bax: Bank sığorta məhsulu sata bilərmi?

Fins.az-ın araşdırması göstərdi ki, həm qanunvericilik, həm də xarici təcrübəyə əsaslanaraq banklar da sığorta satışı həyata keçirə bilər.“Sığorta fəaliyyəti haqqında” qanuna görə, bankların sığorta fəaliyyəti göstərməsi üçün hüquqi şəxslərin sığorta agenti lisenziyası olmalıdır. Fins.az, Maliyyə Bazarlarına Nəzarət Palatasının saytına istinadən xəbər verir ki, sonuncu dəfə ötən ilin dekabr ayının 29-da sığorta məhsulu satmaq hüququ qazanan bank “Günay Bank” olub. Bununla da hazırda Azərbaycanda hüquqi şəxslərin sığorta agenti lisenziyasını alan bankların sayı 15-ə çatıb. Tam siyahı isə belədir:

N

Kommersiya

bankının adı

1

“Accessbank”

2

“AGBank”

3

“Atabank”

4

“Azərbaycan Sənaye Bankı”

5

“Bank of Baku”

6

“Bank Respublika”

7

“Expressbank”

8

“Günaybank”

9

“Kapital Bank”

10

“Muğanbank”

11

“Nikoyl Bank”

12

“Unibank”

13

“Yapı Kredi Bank”

14

VTB Bank Azərbaycan

15

Paşa Bank