Fevralın 21-də Bank Respublikanın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda Müşahidə Şurasının tərkibi və bəzi qərarlarıtəsdiqlənəcək.
Xatırladaq ki, yanvarın 3-də "Bank Respublika"nın Müşahidə Şurasının növbədənkənar yığıncağı keçirilib. İclas zamanı bankın İdarə Heyətinin sədri Xədicə Həsənovanın öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi, Asəf Namazovun isə yeni Namazovun sədr seçilməsi qərara alınıb.
Həmçinin iclasda səhmdarların növbədənkənar ümumi yığıncağında Müşahidə Şurasının tərkibinin müəyyən edilməsi nəzərdə tutulmuşdu.