30 Oktyabr

Daha bir bank dollar almaqdan imtina etdi

Azərbaycanda fəaliyyət göstərən daha bir bank xarici valyuta almaqdan imtina edib. Fins.az xəbər verir ki, bu gün “Günaybank”ın baş ofisində dolların alışı və satışı dayandırılıb.

Bankdan verilən məlumata görə, bu saatadək baş ofisdə dolların və avronun alış-satış məzənnəsi də təyin edilməyib. Bundan fərqli olaraq bankın filiallarında xarici valyutanın alış mə zənnələri məlumdur. “Günaybank”ın filiallarında isə 1 dolların alışı 1.8400 və 1.8350 manat məzənnəsi ilə həyata keçirilir.