Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 9-da depozit hərracı keçirəcək. Bu barədə Fins.az-a AMB-dən məlumat verilib.
"Mərkəzi Bank yanvarın 9-da keçirəcəyi depozit hərracında 14 gün müddətinə 15 mln. manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.
AMB 2016-cı ilin iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. Mərkəzi Bank bu hərracların hər birində 50 mln. manat cəlb etməyi nəzərdə tutub.