Bugünki hərracdan sonra banklarda dolların alışı kəskin ucuzlaşıb. Fins.az xəbər verir ki, hərracın sonunda dolların məzənnəsinin dəyişməməsi və bankların dollara olan tələbatının ödənilməsi əhalidən dollar alışına marağı azaldıb.
Kapitalbankda bu gün səhər dolların alış məzənnəsi 1.8435 manat idisə, hazırda 1.7742 manata düşüb. Nikoil Bank da alış məzənnəsinbi dəyişib. Səhər 1 ABŞ dollarını 1.8400 manata alan bank indi 1.8000 manata alır.