30 Oktyabr

Hərraca çıxarılan dollar 8 dəfə artdı

Bu gün Mərkəzi Bankın keçirdiyi valyuta hərracında satılan ABŞ dollarının həcmi 8 dəfə artırılıb. Fins.az xəbər verir ki, hərraca 300 milyon manat məbləğində dollar çıxarılıb və onun hamısı satılıb.

Ekspertlər bildiriblər ki, hərraca çıxarılan valyutanın bir neçə dəfə artırılması Mərkəzi Bankın öz vəsaitlərini də satması ilə bağlıdır. Belə ki, indiyədək təşkil edilən hərraclarda ancaq Dövlət Neft Fondunun vəsaitləri satılırdı. Güman edilir ki, bu dəfə Mərkəzi Bank da hərraca vəsait çıxarıb.