Hərraca dolların çıxarılması ilə manat 1-2 qəpik bahalaşa bilər. Ekspert Samir Əliyev fins.az-a açıqlamasında bildirib ki, amma bu müvəqqəti xarakter daşıyacaq. Çünki ümumi tendensiya manatın ucuzlaşmağa davam edəcəyini göstərir. Səbəb ondadır ki, həm Mərkəzi Bankın hazırki məzənnəsi, həm də qara bazardakı qeyri-leqal məzənnə manatın real qiyməti deyil. Mərkəzi Bank hərraca çıxarılacaq valyutanın həcmindən asılı olmayaraq, manatın yumşaq ucuzlaşmasını davam etdirməlidir. Əks halda, kəskin devalvasiya riski yüksələ bilər.