30 Oktyabr

“Qara bazar”da dollar neçəyədir? – QİYMƏTLƏR

Yanvarın 10-da hərraca böyük məbləğdə dollar çıxarılması, daha dəqiq desək, yeni ildə ilk dəfə banklara 300 milyon dollarlıq satış valyuta bazarında nisbi stabillik yaradıb. “Qara bazar”da dollar ucuzlaşmağa başlayıb. Fins.az-ın fərdi şəkildə dollar satışı həyata keçirən şəxslərdən əldə etdiyi məlumata görə, yanvarın 11-də “qara bazar”da dollar 1.87 manata alınıb, 1.90 manata satılır.

Xatırladaq ki, yanvar ayının 5-dən sonra dolların “qara bazar”dakı alış-satış qiyməti 1.91-1.93 manat təşkil edirdi.

Qeyd edək ki, yanvar ayının 11-də Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən dolların kursu 1.7742 manat müəyyən edilib.