Dövlət Neft Fondunun (ARDNF)2016-cı ildə valyuta hərraclarına çıxardığı dollar kütləsinin ümumi həcmi məlum olub. Fins.az-ın məlumatına görə, ötən il Fond valyuta hərraclarına 4 milyard 881 milyon dollar çıxarıb. İl ərzində ən çox dollar satışı isə sentyabr ayında olub- 631,1 milyon dollar.
Qeyd edək ki, ARDNF-nin dövlət büdəsinə transferləri 4,6 milyard dollar təşkil edib.Göründüyü kimi, Fond büdcə öhdəliklərindən əlavə hərraca dollar çıxarıb. Neft Fondu bunu əlavə xərclərinin olması və bəzi layihələrlə bağlı öhdəlikləri ilə əlaqələndirib. Qeyd edək ki, 2016-ci ilin yekunlarına görə, Neft Fondunun 2 milyard manatdan artıq vəsaiti Mərkəzi Bankdakı manat hesabında, illik 4,99% ilə saxlanılır.
2016 |
Milyon ABŞ dolları |
Yanvar |
593,8 |
Fevral |
177,5 |
Mart |
482,3 |
Aprel |
303,4 |
May |
431,2 |
İyun |
449,9 |
İyul |
449,2 |
Avqust |
444,4 |
Sentyabr |
631,1 |
Oktyabr |
371,0 |
Noyabr |
301,5 |
Dekabr |
246 |
Cəmi |
4 881 |