Bu gün daha bir neçə bank xarici valyutanın satışına start verib. Fins.az-ın araşdırması göstərdi ki, "Bank Respublika"nın ardınca "Turanbank", "Dəmirbank", "Kapital Bank" və "AFB Bank" müəyyən limitlə dollar satışını bərpa edib.
Qeyd edək ki, bu gün "Turanbank"dan 100 dollar məbləğində xarici valyuta almaq olar. "Dəmirbank"da bu limit 500 dollardır. "AFB Bank" isə kassada olan məbləğdə dollar satdığını bəyan edib.
Ən böyük məbləğ isə "Kapital bank" və "Bank Respublika"dadır - 5000 dollar.