30 Oktyabr

"Qara bazar"da dolların ucuzlaşması davam edir

Xəbər verdiyimiz kimi, bu gün 10-a yaxın bank valyuta satışını bərpa edib. Fins.az xəbər verir ki,bu,"qara bazar"da dolların kəskin ucuzlaşmasına səbəb olub.

Artıq bu gün yanvarın 11-də axşam saatlarında "qara bazar"da 1 ABŞ dolları 1.8500 manata alınıb. Burada valyutanın satış qiyməti isə 1.8700 olub.

Xatırladaq ki, gündüz saatlarında "qara bazar"da dollar 1.9000 manata satılırdı. Uzun müddətdir bahalaşmaqda davam edən valyuta satışının kəskin ucuzlaşması bankların dollar "kisələrini" açması ilə bağlıdır.