“Bank Respublika” ASC-nin səhmdarları toplaşacaq. Fins.az xəbər verir ki, yığıncaq fevralın 21-i saat 15:00-da bankın baş ofisində keçiriləcək.
İclasın gündəliyində 4 əsas məsələ durur. Bunlar, gündəliyin qəbul edilməsi, Müşahidə Şurasının tərkibi, onun bəzi qərarlarının müzakirəsi və bankın səhmlərinin buraxılışının dövlət qeydiyyatına alınması ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında məsələlərdir.