Bu gün "qara bazar"da xarici valyutanın alış-satış qiymətləri bir qədər də ucuzlaşıb. Fins.az-ın əldə etdiyi məlumatlara əsasən, indi bu məkanda 1 dollar 1.8400 manata satılır.
Dolların "qara bazar"da alışı isə daha ucuzdur-1.8200 manat. Bankların dolar satışını bərpa etməsi bu sektorun sürətlə zəifləməsinə səbəb olub. Bu gün keçirilən valyuta hərracından sonra vəziyyətin bir qədər də yumşalacağı gözlənilir.