Banklar 4%-lik marjanın ləğv edilməsindən sonra sərbəst məzənnələri elan etməyə başlayıblar. Fins.az xəbər verir ki, hərraca çıxarılan dollar kütləsi bankların ehtiyaclarını tam ödəməyib. Qıtlıq, eyni zamanda tələbatın yüksək olması, həmçinin satış məzənnəsinə qoyulan məhdudiyyətin götürülməsi dərhal dolların qiymətinə təsir edib. Hazırda banklarda dolların satış məzənnəsi 1.88 manata qədər yüksəlib. Bu, Mərkəzi Bankın orta çəkili məzənnəsindən 5.7%-ə yaxın yüksəkdir. Səhər saatlarında banklarda dolların satış qiyməti ilə günortadan sonra elan etdikləri məznnə arasında ciddi sıçrayışlar nəzərə çarpır.
Hazırda banklarda dolların satış kursu belədir:
Ziraat Bank Azərbaycan 1,8800
Yapı Kredi Azərbaycan 1,8807
Bank Respublika 1,8720
Turanbank 1,8700
Kapital Bank 1,8720
PAŞA BANK 1,8750
Yapı Kredi Azərbaycan 1,8807
Bank Respublika 1,8720
Turanbank 1,8700
Kapital Bank 1,8720
PAŞA BANK 1,8750