30 Oktyabr

“Qara bazar”da dollar bahalaşmaqda davam edir

Yanvarın 13-də “qara bazar"da dolların satış qiymətləri bir qədər də bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dollar alışı 1.83 manat, satışı isə 1.86 manata yüksəlib.

Qeyd edək ki, yanvar ayının 12-də dolların alışı 1.82 manat təşkil edib. Ötən gün səhər saatlarında dollar 1.84 manata satılsa da, valyuta hərracından sonra 1.85 manata yüksəlmişdi.