Bu gün "qara bazar"da xarici vlyutanın satışı bir qədər də ucuzlaşıb. Fins.az-ın araşdırması göstərdi ki, indi fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslər 1 ABŞ dollarını 1.8500 manata satırlar. "Qara bazar"da dolların alışı isə 1.8300 manatdır.
Bu gün də banklarda ABŞ dollarının satış qiymətləri "qara bazar"dakı məzənnədən yüksəkdir. Belə ki, banklar dolların satış məzənnəsi 1.8600-1.8800 arasında dəyişir. Bu gün dolları ən baha satan "Nikoil Bank"dır-1ş8880 manat. "Expressbank" 1.8750 manata, "Kapital Bank"isə 1 dollar 1.8720 manata satır.
Bununla banklar daha çox gəlir əldə etməyə çalışırlar. Çünki son zamanlarda demək olar ki, digər gəlir mənbələrindən məhrum olublar. Marjanın ləğvi bankların itkilərini əvəzləmələrinə imkan verib.