Azərbaycanın bank bazarında nizamnamə kapitalının həcminə görə liderlərdən biri olan Nikoil Bankın 2016-cı il üzrə hesabatı açıqlanıb. Fins.az xəbər verir ki, ilin sonunda yəni, oktyabr, noyabr və dekabr aylarında bütün bank sektprunda müşahidə olunan depozit azalması və kredit portfelinin kiçilməsi bu bankdan da yan keçməyib.
Fins.az Nikoil Bankın balans hesabatının təhlilini hazırlayıb. Belə ki, 2016-cı ilin 4-cü rübündə nağd vəsaitlərin miqdarında azalma müşahidə olunub və bu göstərici 8 milyon 890 min manat təşkil edib. 2016-cı ilin 4-cü rübündə 3-cü rübə nəzərən banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlərin həcmi 2 milyon 836 min manata qədər düşüb. Qiymətli kağızlara yatırılan investisiyaların həcmində isə heç bir dəyişiklik qeydə alınmayıb. Hər iki rüb üzrə onun həcmi 5 milyon manat təşkil edib.
Verilən xalis kreditlərin və lizinqlərin miqdarı 3-cü rübdəkindən təqribən 10 milyon manat azdır və həcmi 240 milyon 402 min manat təşkil edir. Cəmi aktivlərin həcmi 4-cü rübdə 439 milyon 726 min manat olub.