Xəbər veridyimiz kimi, bu həftədən başlayaraq Mərkəzi Bank həftədə valyuta hərraclarını 3 dəfə keçirəcək. Fins.az-ın bank dairələrindən əldə etdiyi məlumata görə, artıq bu günki valyuta hərracı başlayıb.
Hərraca çıxarılan ABŞ dollarının məblıği də azaldılıb. Bu gün cəmi 50 milyon dollar satılacaq. Bu, son hərraclarla müqayisədə minimum həddir.
Xatırladaq ki, son hərracdan sonra dolların məzənnəsi 1.7867 manat müəyyən olunub.