30 Oktyabr

Beynəlxalq Bankın 5 fililalına cinayət işi AÇIQLDI

Beynəlxalq Bankın 5 fililalı ilə bağlı cinayət işi başlanılıb.

Bunu Azərbaycan Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında deyib.

Baş prokurorun müavini qeyd edib ki, həmin filiallar Qazax, Şəki və digər filiallardır.

O bildirib ki, ötən il ən çox şikayət bank sektoru ilə bağlı olub: "Banklarla bağlı 52 cinayət işi istintaq olunub, məhkəməyə göndərilib. Sığorta şirkətlərinin rəhbərləri ilə bağlı 5 cinayət işinin istintaqı aparılıb".

K. Əliyev qeyd edib ki, ötən il valyuta mübadilələsi qaydalarının pozulması iıə bağlı 2 cinayət işinin istintaqı yekunlaşıb.

Mənbə: Report, APA