Mərkəzi Bank (MB) bu il yanvarın 18-də Bakı Fond Birjasında qısamüddətli notlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirəcək. Fonddan fins.az-a verilən məlumata əsasən, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.
Dövlət qeydiyyat №-si |
50100353S |
Hərraca çıxarılan həcm |
5 000 000 AZN |
Bir notun nominal dəyəri |
100 АZN |
Notların tədavül müddəti |
28 gün |
Ödəmə tarixi |
15 fevral 2017-cü il |
MB-nin qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalarına əsasən, hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.