30 Oktyabr

Zərərlə işləyən bankların sırasına biri də qoşuldu – HESABAT

TuranBank 2016-cı ilin sonuna dair hesabatını açıqlayıb. Hesabatlara əsasən, bankın zərəri 1.3 mln. manat təşkil edib. Məlumat üçün bildirək ki, 2015-ci ilin sonuna bu rəqəm 1.1 mln. manat zərərə bərabər olmuşdu. Bankın faiz gəlirləri 33 milyon, xalis faiz mənfəəti isə 8 milyon 397 min manat səviyyəsindədir. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyata ayırmalar 4 milyon manat civarındadır.

2016-cı ilin sonuna, bankın aktivlərində 10 mln. manata yaxın artım olub – bu göstərici qeyd olunan dövrə 528 mln. manata çatıb. Hesabata görə, artım əsasən kapital yüksəlməsinin hesabına baş verib. Bankın kapitalı hazırda 59 mln. manat təşkil edir.

Bankın nağd vəsaitləri 27 milyon manat, qiymətli kağızlara investisiyaları 3 milyon 541 min manat təşkil edib. Cəmi öhdəlikləri 478 milyon manat olub.