Banklar internet səhifələrində nagd valyuta satışı ilə yanaşı kartla əməliyyatlar üçün konvertasiya məzənnələrini də göstərməyə başlayıblar. Fins.az-ın araşdırması göstərdi ki, bu gün cəmi 14 bank bu məzənnəni dərc edib.
Həmin banklar bunlardır:
Dəmirbank
Naxçıvanbank
Unibank
Bank of Baku
CDB Bank
Accessbank
Atabank
Azərbayan Sənaye Bankı
Xalq Bank
Azər Türk Bank
Yapı Kredi Bank (Azərbaycan)
Ziraat Bank (Azərbaycan)
Muğanbank
AFB Bank
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası kommersiya banklarına rəsmi internet səhifələrindəxarici valyutanın qeyri-nağd yolla konvertasiya məzənnələrini göstərmələri ilə bağlı tapşırıq verib. Lakin hələlik onların hamısı bu tələbə əməl etmir.