30 Oktyabr

Tələb təklifi 2 dəfə üstələyib – HƏRRAC

Bu gün yanvarın 18-də Bakı Fond Birjasında Mərkəzi Bankın dövlət qeydiyyatından keçən 5 000 000 manat məbləğində qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Fond Birjasından fins.az-a verilən məumata görə, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür.

Hərrac zamanı 2 investordan 2 sifariş gəlib. Sifarişlərin nominal üzrə ümumi məbləği 10,000,000 manat olub.

Sifarişlər 98.8475 AZN (14.9906%) və 99.0371 AZN (12.5005%) qiymətində təqdim edilmişdir. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.0371 AZN (12.5005%), orta ölçülmüş qiyməti – 99.0371 AZN (12.5005%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 5 000 000 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi fevralın 15-dir.