2016-cı ildə Bank Respublika ASC-nin aktivləri 18 milyon 556 min manat və ya 2,1% artaraq 31 Dekabr 2016-cı il tarixinə 912 milyon 117 min manata çatıb.
Fins.az xəbər verir ki, ötən il müştərilərə verilmiş kreditlər 323 milyon 784 min manatdan 283 milyon 174 min manata geriləyib.
Bank 871 milyon 793 min manat cəmi öhdəliklərə, 40 milyon 324 min manat balans kapitalına malik olub. Öhdəliklərin 361 milyon 855 min manatını hüquqi şəxslərin depozitləri, 189 milyon 961 min manatını fiziki şəxlərin depozitləri, 311 milyon 58 min manatını maliyyə sektoru institutlarından cəlb edilən vəsaitlər təşkil edib.
Ötən il Bank Respublikanın cəmi gəlirləri 78 milyon 976 min manat, faiz və qeyri-faiz xərcləri isə 56 milyon 659 min manat təşkil edib. Nəticədə də, Bankın xalis əməliyyat mənfəəti 22 milyon 318 min manat olub.
Bank Respublika ASC-nin hesabatları ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Mənbə: Marja