ABŞ valytasının dünənki hərracdan sonra bahalaşması ilə banklar valyuta satışına tətbiq etdikləri limiti azaldıblar. Fins.az-ın araşdırması göstərdi ki, bu gündən bankların bəziləri ümumiyyətlə satışı dayandırıblar.
Digər banklar isə limiti dəfələrlə azaldıb. Dünən ABŞ valyutasını limitsiz satan "Bank Respublika" bu gündən dolları limitlə satır. Bakdan 5 000 dollara qədər valyuta almaq olar.
"Bank of Baku" limiti 2 dəfə azaldıb. İndi bu bank 500 dollara qədər limit tətbiq edir.
"Unibank" isə limiti təxminən 3 dəfə azaldıb. Dünənə qədər 10 000 dollara qədər valyuta satan banb bu gün limiti 3 000 dollara endirib.
"Bank Silk Vey" isə dollar satışını dayandırıb.