30 Oktyabr

Daha bir bank ili zərərlə başa vurdu

“NBC bank” 2016-cı ilin sonuna olan hesabını açıqlayıb. Fins.az xəbər verir ki, ötən ili bank 2015-cı ildə olduğu kimi zərərlə başa vurub.

2016-cı ildə bu zərərin həcmi 13 milyon 791 min manatdan 1 milyon 797 min manata düşüb. Başqa sözlə, zərərin miqdarı təxminən 12 milyon manat azalıb.

Nağd vəsaitlər azalıb

“NBC bank”ın nağd vəsaitlərinin həcmində də 2015-ci illə müqayisədə azalma olub. Bu göstərici 667 milyon manatdan 568 milyon manata düşüb. Bankın digər banklarda və maliyyə müəssisələrində yerləşdirdiyi depozitin həcmi isə son iki ildə sabit qalıb - 4 milyon manat. Cəmi aktivlərin həcmində isə 2016-cı ilin sonunda 158 milyon 970 milyon manat olub.

Standart depozitlər üstünlük təşkil edir

Bankda yerləşdirilən depozitlərin miqdarı 100 milyon 747 min manatdan 67 milyon 598 minə düşüb. Digər banklar isə “NBC bank”da hər iki ildə də depozit yerləşdirməyib.

“NBC bank”ın banklar və digər maliyyə müəssisələrindən cəlb etdiyi depozitlərin miqdarı 2016-cı ilin sonunda 37 milyon 364 min manat təşkil edib. Hesabat dövründə fiziki şəxslərdən cəlb etdiyi depozitlərin miqdarı isə 64 milyon 971 min manat olub. Bunların birlikdə miqdarı isə 102 milyon 335 min manatdır.

Fiziki şəxslərdən cəlb edilən depozitlərin cəmi miqdarının əsas tərkib hissəsini standart depozitlər, sığorta əmanəti üzrə depozitlər və tələbli (müddətsiz) depozitlər təşkil edir. Və uyğun olaraq onların təşkil etdikləri miqdar 4 milyon 776 min manat, 23 milyon 597 min manat və 25 milyon 336 min manatdır.

Bankın məcmu kapitalının həcmində isə artım olub. Bu artımda isə xüsusi kapital önəmli yer alıb və onun miqdarı 2016-cı ilin sonunda 51 milyard 604 milyon manat təşkil edib. Bankın cəmi kapitalının miqdarı ötən ilə nəzərən 37 milyard 369 milyon maatdan qalxaraq 52 milyard 939 milyon manata çatıb.

Kredit portfeli də azalıb

Ötən il bankın kredit portfelinin əsas hissələrini ticarət və xidmət sahəsi, eləcə də fiziki şəxslər təşkil edir. Belə ki, kreditlərin həcmi 2015-ci ilə nisbətən 2016-cı ildə azalaraq uyğun olaraq 63 milyon manatdan 59 milyon manata və 58 milyon manatdan 50 milyon manata düşüb. Və beləliklə, NBC bankın cəmi kredit portfeli cari hesabat ilində 134 milyon 846 min manat olub.