30 Oktyabr

"Bank of Baku"da "yarpaq tökümü"

Son bir ayda "Bank of Baku"da dördüncü rəhbər əvəzləməsi baş verib. Analitiklər bunun son olmayacağını proqnoz edirlər.

Fins.az xəbər verir ki, indi Bankın sədri vəzifəsinə müfəqqəti icraçı təyin olunan Nahid Zeynalovun yaxın günlərdə "Kapital Bank"a transfer olunacağı gözlənilir. Onun "Kapital Bank"ın İdarə Heyətində vəzifə tutacağı ehtimal olunur.

Qeyd edək ki, Nahid Zeynalov hal-hazırda "Bank of Baku"nun sədri vəzifəsinə müvəqqəti icraçı təyin olunub. O bu vəzifədə Zaur Qaraisayevi əvəzləmişdi.

İndi Z.Qaraisayev Azərbaycan Beynəlxalq Bankının Moskva filialının rəhbəridir.