30 Oktyabr

PAŞA Bank böhrandan gəlirlə çıxdı – HESABAT

PAŞA Bank 2016-cı ilin 4-cü rübünə aid hesabatlarını açıqlayıb. Fins.az xəbər verir ki, hesabata əsasən bank 4-cü rübü mənfəətlə başa vurub.

Beləliklə, hesabata əsasən bankın faiz gəlirləri 2016-cı ilin 3-cü rübündəki faiz gəlirlərindən təxminin 10 milyon manat çoxdur yəni, bankın faiz gəlirləri 4-cü rübdə 27 milyon 288 min manatdan 37 milyon 849 min manata yüksəlib. Eyni qayda ilə bankın qeyri-faiz gəlirləri də 4-cü rübdə 14 miyon 960 min manatdan artaraq 22 milyon 110 min manata çatıb. Nəticədə bank 3-cü rüblə müqayisədə 4-cü rübü mənfəətlə başa vurub. 2016-cı ilin 3-cü rübündə bankın zərəri 7 miyon 676 min manat olsa da, ilin sonunda bankın mənfəəti yaranıb və həcmi 48 milyon 299 min manatdır.

Bankın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinin miqdarı keçən rüblə müqayisədə haradasa 200 milyon manat artaraq 781 milyon 639 min manata çatıb. Kredit təşkilatlarından alınacaq məbləğin miqdarı keçən rüblə müqayisədə 4-cü rübdə azalaraq 1 milyard 245 milyon manatdan 1 milyard 111 milyon manata düşüb. Müştərilərə verilən kreditlərin miqdarı isə artaraq ilin son rübündə 738 milyon 773 min manatdan 870 milyon 171 min manata çatıb. Ümumilikdə isə bankın cəmi aktivlərinin miqdarı son rübdə keçən rüblə müqayisədə təxminən 366 milyon manat artaraq 3 milyard 139 milyon manata çatıb.

Bankın öhdəliklərinə nəzər saldıqda görürük ki, onun banklar və dövlət fondları qarşısında öhdəliklərinin miqdarı ilin son rübündə 3-cü rüblə müqayisədə azalıb və 253 milyon 91 min manat olub. Müştərilər qarşısındakı öhdəliklərinin miqdarı isə 1 milyard 992 milyon manatdan 2 milyard 382 min manata yüksəlib. Kredit təşkilatları qarşısındakı öhdəliklərinin miqdarı isə ötən rüblə müqayisədə haradasa 10 milyon manat azalaraq 51 milyon 280 min manat olub. Cəmi öhdəliklərinin miqdarı ilin son rübündə 2 milyard 736 milyon manat təşkil edib.

Müqayisə olunan hər iki rübdə səhmdar kapitalının miqdarı eyni və stabil qalıb yəni, hər iki rübdə də 333 milyon manat təşkil edib. Ancaq cəmi kapitalın miqdarı 2016-cı ilin 4-cü rübündə 402 milyon 364 min manat təşkil edib ki, buda 3-cü rübdəki miqdarından 48 milyon 314 min manat çoxdur.

Maliyyə Hesabatı