30 Oktyabr

Daha bir bank ili mənfəətlə başa vurdu – HESABAT

Bank Silk Vey (Silk Way) ASC 2016-cı ilin sonuna dair maliyyə hesabatlarını açıqlayıb. Fins.az-ın verdiyi xəbərə görə, Azərbaycanın aparıcı banklarından biri olan "Bank Silk Vey" ASC 2016- ci ili də mənfəətlə başa vurub.

Fins.az-ın bankın hesabatlarına əsasən verdiyi məlumata görə bankın bu ilin sonuna olan mənfəətinin həcmi 1 milyon 558 min manat təşkil edib. Beləliklə, bankın faiz gəlirlərinin cəmi miqdarı 26 milyon 230 min manat olub ki, bunun da ən böyük miqdarını kreditlər üzrə faiz gəlirləri təşkil edir və onun da miqdarı 25 milyon 733 min manatdır. Faizlər və onlarla bağlı xəclərinin miqdarı isə 13 milyon 124 min manat olub.Bankın bu ilin sonuna olan qeyri-faiz gəlirlərinin miqdarı isə 16 milyon 737 min manat təşkil edib və qeyri-faiz xərclərinin miqdarı da 13 milyon 77 min manat olub.

Bankın bu ilin sonuna olan nağd vəsaitlərinin miqdarı 17 milyon 121 min manat olub. Digər banklarla isə heç bir kredit əmaliyyatı aparılmayıb. Eyniylə digər banklar və maliyyə institutlarında heç bir depozit yerləşdirməyib. Qiymətli kağızlarla da həmçinin bank əməliyyat aparmayıb. Beləliklə, bankın cəmi aktivlərinin ilin sonuna olan miqdarı 403 milyon 992 min manat olub.

Banka yerləşdirilən depozitlərin cəmi miqdarı 2016-cı ilin sonunda 170 milyon 44 min manat təşkil edib ki, bununda 35 milyon 636 min manatını fiziki şəxslərin tələbli depozitləri, 7 milyon 501 min manatını hüquqi şəxslərin tələbli depozitləri və 126 milyon 906 min manatını hüquqi və fiziki şəxslərin birgə müddətli depozitləri təşkil edir. Banklardan və digər maliyyə institutlarından əldə etdiyi depozitlərin miqdarı bu ilin sonunda 89 milyon 899 min manat təşkil edib. İlin sonuna olan cəmi öhdəliklərinin miqdarı isə 287 milyon 531 min manat təşkil edib.

Bankın 2016-cı ilin sonuna olan cəmi kapitalının miqdarı 116 milyon 461 min manat təşkil edib ki, onun da tərkibinin ən çox hissəsinin miqdarı 105 milyon manat olan xüsusi kapital təşkil edir. Ümumi ehtiyatlarının miqdarı isə 11 milyon 460 min manat təşkil edib.