30 Oktyabr

Manatın dekabr üzrə orta məzənnəsi məlum olub

2016-cı il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16 mlrd. 275,5 mln. manat təşkil edib, onun 12 mlrd. 824,5 mln. manatı uzunmüddətli kreditlər olub. Fins.az xəbər verir ki, kredit portfeli 2015-ci il dekabr ayının 1-i ilə müqayisədə 13,2% azalıb.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9%-ini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il dekabr ayının 1-nə 7 mlrd. 605,8 mln. manat olub.

Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,75 manata (ilin əvvəlindən 1,60 manata), 1 avroya - 1,84 manata (1,77), 100 Rusiya rubluna - 2,82 manata (2,39) bərabər olub.

Mənbə: APA