30 Oktyabr

Bu bank ciddi zərərlə üzləşib

"Bank Melli İran" Bakı filialı 2016-cı ili 29 milyon 270 min 760 manat zərər ilə başa vurub. Halbuki, Bank 2015-ci ildə 548 min 404 manat xalis mənfəət əldə etmişdi.

"Bank Melli İran" Bakı filialı aktivlər üzrə ehtiyatların yaradılmasına 30 milyon 896 min manat ayırdığından böyük zərərə düşüb. Bu ayırma Bankda ödəmə vaxtı keçmiş kreditlərin kəskin artdığına işarə edir.

Bankın 29 milyon manatdan çox zərər etməsi kapitalının da kəskin aşağı düşməsinə və kapital üzrə minimal tələbin pozulmasına səbəb olub. 2015-ci ilin sonunda 51 milyon 175 min 744 min manat cəmi kapitala malik olmuş "Bank Melli İran" Bakı filialı 2016-cı ilin sonunda 21 milyon 906 min 594.11 manat kapitala malik olub. Beləliklə, ötən il filialın kapitalı 29 milyon 270 min manat və ya 57% azalıb.