“Bank of Baku” ASC 2016-cı ilin 4-cü rübünü 22 milyon 329 min manat xalis mənfət ilə başa vurub.
Ötən ilin oktyabr-noyabr dövründə Bankın cəmi gəlirləri 64 milyon 862 min manat, o cümlədən faiz gəlirləri 20 milyon 398 min manat, qeyri-faiz gəlirləri 44 milyon 464 min manat təşkil edib.
2016-cı il üzrə isə “Bank of Baku”nun cəmi gəlirləri 165 milyon 308 min manat, faiz və qeyri – faiz xərcləri isə 62 milyon 979 min manat təşkil edib. Nəticədə Bankın əməliyyat mənfəəti 102 milyon 329 min manat təşkil edib. Mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyata rekord məmbləğdə - 117 milyon 659 min manat ayrılıb. Bununla əlaqədar olaraq Bank ili 15 milyon 330 min manat zərər ilə başa vurub.
31 Dekabr 2016-cı il tarixinə Bank of Baku 549 milyon 609.44 min manat cəmi aktivlərə, 476 milyon 741.94 min manat cəmi öhdəliklərə və 72 milyon 867.50 min manat cəmi kapitala malik olub.


