30 Oktyabr

Banklar dolları kimə satır?- MB-dən HESABAT TƏLƏBİ

Kommersiya bankları hər həftə Mərkəzi Bankın valyuta hərraclarından aldıqları dollarların aqibəti haqda Mərkəzi Banka hesabat verəcəklər. Fins.az-ın əldə etdiyi məlumata görə, artıq Mərkəzi Bank bu haqda banklara bildiriş göndərib.

Həftəlik hesabatlarda hər bir bankın aldığı dolların həcmi, bu vəsaitdən idxalçı şirkətə, bankın xarici borcunun ödənilməsinə sərf olunan məbləğlər, hərracda alınan dollardan nə qədər vəsaitin nağd valyuta satışına sərf olunduğu əks olunmalıdır.

Mərkəzi Bankdan bu məlumatların valyuta bazarında vəziyyəti təhlil etmək üçün istənildiyini bildirirlər.