Mərkəzi Bankda bu həftənin son valyuta hərracına start verilib. Fins.az-ın əldə etdiyi məlumata görə, bu gün hərraca 25 milyon dollar çıxarılıb.
Xatırladaq ki, son hərracda ABŞ valyutasının məzənnəsi 1.9052 manat müəyyən olunmuşdu. Hərraca çıxarılan vəsaitin tələbdən xeyli az olması həftəsonu dolların yenidən bahalaşacağını proqnozlaşdırmağa əsas verir.