30 Oktyabr

Azərbaycanda dollar satışı 6 dəfə azalıb – TƏHLİL

Nağd valyuta ilə mübadilə əməliyyatlarında Azərbaycanda dollar satışı kəskin azalıb. Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, dolların satış həcmində ən yüksək hədd 2015-ci ildə qeydə alınıb.
Statistikaya əsasən, 2014-cü ildə nağd valyuta əməliyyatlarında dolların satışı 9 milyard 373 milyon səviyyəsində olub. 2015-ci ildən başlayaraq həm banklarda dollarlaşmanın artması, həm də əhalinin əlində olan manatı sataraq dollar alması dolların satışını rekord həddə qaldırıb. Belə ki, 2015-ci ildə bu göstərici 12 milyard 317 milyon təşkil edib.
2016-cı ildən isə Azərbaycanda dollar qıtlığı dövrü başlayır. Ötən ilin 11 ayında 2015-ci illə müqayisədə nağd valyuta mübadiləsi əməliyyatlarında dolların satışı düz 6 dəfə azalıb. Rəqəmlə ifadə etsək, bu həcm 2 milyard 867 milyon dollar olub.
Avronun satışında isə illər üzrə tendensiya fərqlidir. Belə ki, 2014-cü ildə avro satışı yüksək həddə olub və nağd valyuta mübadiləsi zamanı 2 milyard 87 milyon avro satılıb. 2015-ci ildə dollar möhkəmlənməyə başlayanda Azərbaycan əhalisi avro alışını 2 dəfə azaldıb və ümumilikdə həmin ildə 1 milyard 74 milyon avro satılıb. 2016-cı ilin 11 ayında da düşmə tendensiyası davam edib. Avro satışı 2 dəfə azalaraq cəmi 538 milyon avroya düşüb.

Nağd xarici valyuta ilə mübadilə əməliyyatları - Satış (min valyuta vahidi)

İl

US $

EURO €

RUR

2014

9373100,3

2087447,0

2407109,3

2015

12317396,4

1074476,9

2385745,8

2016-cı il, 11 ay

2867308,0

537528,2

2000847,9